Hadisə
İtkin düşən balıqçıların axtarışları davam edir - YENİLƏNDİ
Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışlarına helikopter cəlb olunub.
"Report"un cənub bürosu xəbər verir ki, helikopter saat 16:20 radələrindən axtarışlara başlayıb.
Hazırda Xəzər dənizinin Lənkəran və Astara istiqamətində axtarışlar davam etdirilir.
xxx
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışına FHN-nin əməkdaşları cəlb olunub.
Publika.az xəbər verir ki, Lənkəranda ötən gündən itkin düşən balıqçılar 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir. Onların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Yaxınlarının deməsinə görə sonuncu dəfə onların mobil nömrələrinə saat 02:00 radələrində və səhər saatlarında zəng çatıb, amma cavab verən olmayıb.
Axtarışlar davam etdirilir.
.jpg)


.jpg)

.jpg)
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?



































