Hadisə
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
Dünən saat 09:10 radələrində metronun “İnşaatçılar” stansiyasında gənc xanıma qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.
Publika.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarda baş verib.
Metronun “28 May” stansiyasında qatardan enən qadın dərhal səs-küy salaraq vaqonda olan şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Bakı Metropolitenində Polis şöbəsinə dəvət edilən şəxsin Quba rayon sakini 1995-ci il təvəllüdlü S.Babayev olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Nəsimi rayon Məhkəməsinə göndərilib.
Həmçinin zərərçəkmiş qadın da məhkəməyə gedərək ifadə verib. O, 30 yaşlı kişinin qatarda bir neçə dəfə əli ilə bədəninə qəsdən toxunaraq əxlaqsız hərəkətlər etdiyini və onun cəzalandırılmasını tələb edib. S.Babayev törətdiyi əməli etiraf edərək peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə S.Babayevə 10 sutka inzibati həbs cəzası verilib. O, saxlanılacağı müəssisəyə göndərilib.
-
Nida Xəbər 16:28“Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir”
-
Qarabağ 14:15Xankəndi şəhərinə köçmək istəyənlərə ŞAD XƏBƏR
-
ABŞ13:45Tramp Makronun “fatihə”sini verdi: Heç kimə lazım deyil, tezliklə…
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO








































