Hadisə
Çörəkbişirmə sexi YANDI - VİDEO
FHN-in "112" qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çörəkbişirmə sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan çörəkbişirmə sexinin dam örtüyünün taxta atmaları və şüşə-pambıq üzlüyü 200 kv.m. sahədə yanıb.
Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
-
Ekopublika.az19:55
Bu maşınlar kəskin BAHALAŞDI
-
Magazin219:45
"İlhamə Quliyeva ona ərə getmək istəyirdi" - VİDEO
-
Dünya19:15
Livanda rabitə cihazları yenə partladı: 100 yaralı, 3 ölü
-
Nida Xəbər 19:05
"Qisas" əməliyyatından görüntülər yayıldı - VİDEO
-
Dünya17:35
NATO Arktikada Rusiya ilə qarşıdurmaya hazırlaşır – Bunun üçün bu mərkəzi yaradır
-
Dünya16:52
Yeni böhran zonası: ABŞ ora qoşun yeritdi
-
Region16:09
TƏCİLİ: Rusiyadan Paşinyanın ofisinə hücum edildi - 48 saat vaxt verilib
-
Nida Xəbər 15:32
Türk dünyasına kəsə yolla bağlanacağıq - Zəngəzur dəhlizi ilə bağlı açıqlama