Parlamentdə xaos: Nazirə pomidorla hücum etdilər, qaçdı
Bizi izləyin

Hadisə

Parlamentdə xaos: Nazirə pomidorla hücum etdilər, qaçdı

İsveç xarici işlər naziri Maria Malmer Stenerqard İsveç parlamentindəki çıxışından sonra yerinə qayıdarkən pomidorla hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, Stenerqard hücumdan sonra məclisdən qaçıb. İsveç mətbuatında yer alan xəbərlərə görə, bir nəfər “İsraili dayandırın, onlar terrorçudur”, digəri isə “Qorxaq qaçır” qışqırıb. Xəbərdə atılan pomidorların Stenerqarddan iki sıra arxaya düşdüyü bildirilirib.

3 nəfər parlament mühafizəsi tərəfindən saxlanılaraq polisə təhvil verilib. İsveçin baş naziri Ulf Kristersson hadisə ilə bağlı təhqiqat aparılmasını istəyib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm