Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı
Bizi izləyin

Hadisə

Vahid Mustafayevin mağazasından 330 minlik saat oğurlandı

Bakıda 330 min manat dəyərində saat oğurlanıb.

Publika.az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.

Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan "Breguet" markalı qol saatını gizli yolla talayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Zhang Guomin tutulub.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adından götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm