Mağazadan oğurluq edən şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Mağazadan oğurluq edən şəxs saxlanıldı

Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindəki mağazaların birindən ümumilikdə 2 000 manatdan artıq nağd pul, tütün məmulatları və orada quraşdırılan ödəmə terminalının kassasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Bayramov saxlanılıb.

Publika.az xəbər verir ki, bundan başqa saxlanılan şəxsin Gəncə şəhərində digər anoloji cinayətlər törətdiyi də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm