Magazin2
Hicabsız konsert verən müğənni ilə bağlı qərar
İranda məcburi hicaba qarşı olan qadın müğənni Pərəstu Əhmədi bu gün səhər sərbəst buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə "İran İnternational" xəbər verib.
Qeyd edək ki, Pərəstu Əhmədi karvansaraların birində hicabsız onlayn konsert verdiyi üçün haqqında cinayət işi açılmış və saxlanılmışdı.
***
İranda müğənni Parastu Əhmədi və musiqiçi yoldaşlarına qarşı cinayət işi açılıb.
Publika.az xəbər verir ki, buna səbəb sənətçinin "Youtube"dakı konsertdə hicabsız çıxış etməsi olub.
Konsertin videoyazısına bir gündən az vaxt ərzində 150 min dəfədən çox baxılıb. Tamaşadan fraqmentlər müxtəlif sosial şəbəkələrdə yayılıb. Bu, Əhmədinin fəaliyyətini İran hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb.
Hüquq-mühafizə orqanları Əhmədinin çıxışının ölkənin hüquqi və mədəni normalarına uyğun olmadığını bildirib. Orada iştirak edən musiqiçilərə qarşı tədbir görüləcəklərinə söz veriblər.
Onlayn konsert yayımlandıqdan az sonra təhlükəsizlik agentləri Əhmədinin evinə basqın ediblər. Müğənninin yeri isə hazırda məlum deyil.
Qeyd edək ki, İran qanunları qadınların başlarını örtmədən ictimai yerlərdə solo oxumasını qadağan edir. Əhmədi isə açıq-saçıq geyimdə, saçları açıq, qırmızı manikür və pomada ilə çıxış edib.
***
İranda müğənni Parastu Əhmədi və 4 musiqiçi yoldaşı saxlanılıb.
"Baza" "Telegram" kanalının məlumatına görə, hicabsız çıxış edən ifaçını 10 ilə qədər həbs və ya ölüm cəzası gözləyir.
Qeyd olunur ki, Əhmədinin hicabsız çıxışı bilərəkdən itaətsizlikdir. O, 2022-ci ildə hicaba qarşı etiraz aksiyasında da iştirak edib.
(Axşam.az)
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var
-
İdman11:50Məşhur güləşçi istirahətdən elə fotolar paylaşdı ki... - FOTO
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi


































.jpg)



