Olimpiya çempionu süni nəfəs aparatına qoşuldu: vəziyyəti çox ağırdır
Bizi izləyin

İdman

Olimpiya çempionu süni nəfəs aparatına qoşuldu: vəziyyəti çox ağırdır

Xizək yarışı üzrə dördqat Olimpiya çempionu Raisa Smetanina son dərəcə ağır vəziyyətdə reanimasiyadadır.

Publika.az xəbər veririk, bu barədə Rusiyanın Komi Respublikasının Xizək Yarışı Federasiyasının prezidenti Ruslan Semenyuk bildirib.

Məşhur idmançı süni nəfəs aparatına qoşulub və huşunu itirib. Bundan əvvəl 72 yaşlı Smetaninanın insult keçirdiyi məlum olub.

“Tarixdə 10 Olimpiya medalı qazanan ilk idmançı olan Raisa Smetanina son dərəcə ağır vəziyyətdə reanimasiyadadır, süni nəfəs aparatına qoşulub və huşunu itirib. Onun sağalması, həyatı üçün dua edək! Raisa Petrovna Komi Respublikasının və bütün xizək idmanının əfsanəsidir. Komi Respublika Xəstəxanasının bütün tibb işçilərinə və şəxsən baş həkim Ramazan Maqomedoviç Abakarova görkəmli idmançımızın həyatı uğrunda fədakar əməyinə və mübarizəsinə görə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, dualarımız və dəstəyimiz ona bu çətin sınaqdan çıxmağa kömək edəcək”, – Semenyuk teleqram kanalında yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm