Dünya
Almaniyada işləmək istəyənlər üçün TÖVSİYƏLƏR
“LingoZet” konsaltinq şirkəti Almaniyada işləmək istəyən namizədlər üçün tövsiyələr verib.
Publika.az xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) bu yaxınlarda paylaşdığı məlumatlara görə, son 10 ildə Almaniyada xarici işçilərin işə qəbulu ən azı iki dəfə artıb. Bu ölkələr arasında yüzdə 10 payla Türkiyə birinci yerdədir.
“LingoZet”in təsisçisi və meneceri Zehra Şentürk Yavuz bildirib ki, Almaniyada qeyri-Avropa İttifaqı ölkələrindən təxminən 2,8 milyon insan çalışır:
“Almaniya Federal İqtisadiyyat Nazirliyinin məlumatına görə, ölkədə ixtisaslı kadr çatışmazlığı var. 801 peşə qrupundan 352-də işçi qüvvəsi mövcuddur. Bu, Almaniyanın əmək bazarının xaricdən asılı olduğunu ortaya qoyur. Alman işçi qüvvəsinin sayı 2040-cı ildə təxminən 46,4 milyondan 41,9 milyona düşəcək.
Almaniyaya köçən işçilər arasında yaşanan əsas problemlər iş mühitinə uyğunlaşa bilməmələri və ya şirkətin işçidən narazılığıdır. Bu cür neqativləri minimuma endirmək üçün həm işçilər, həm də işəgötürənlər üçün bir-birini yaxşı başa düşmək son dərəcə vacibdir. Almaniyaya immiqrasiya prosesi zamanı peşəkar və etibarlı rəhbərlik almaq istəyənlərə Almaniyanı yaxından bilən, dil və prosesləri bilən, öz sahəsində mütəxəssis olan məsləhətçilərlə işləməyi tövsiyə edirəm”.
Aysel Şahmar
-
İdman21:49Yeni müqaviləni Türkiyədə imzaladı - Bu fotonu paylaşdı
-
Nida Təhlil 21:23Avropanı yalnış yola sürükləmək cəhdi - “Telos” niyə Ermənistana fokuslanır?
-
Magazin119:55"Arzum"a görə mübahisə yarandı: Nazilə ona mesaj yazan izləyicini polisə verdi - Foto
-
Ekopublika.az19:05Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
MDB17:24Priqojinin sirri illər sonra üzə çıxdı: Qiyamdan əvvəl ona ağır diaqnoz qoyulubmuş
-
Avropa16:51Avropada qalmaqal: Brüsseldə bu ölkənin casus şəbəkəsi aşkarlandı
-
Dünya16:10Ərdoğanın maaşı artırıldı: Görün nə qədər oldu
-
Maraq dünyası14:56Marsda yadplanetlinin tapançası tapıldı – Dünya bu FOTODAN danışır






.jpg)





















.jpg)




