Dünya
Moskvada öldürülən generalın sürücüsü necə sağ qalıb? - Yeni detallar
Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Kirillovun avtomobili Moskvada partladılandan sonra onun sürücüsü sağ qalıb.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi İqor Kirillovun avtomobilinin partlayışından sağ qalan yeganə şəxs onun sürücüsü olub.
General-leytenant və köməkçisi maşına əyləşmək istəyərkən partlayış baş verib. Əldə hazırlanmış partlayıcı işə düşən zaman isə sürücü “Toyota Camry” markalı xidməti avtomobildə olub. O, partlayış vaxtı avtomobilin içərisində olduğu üçün sağ qalıb.
O, hazırda xəstəxanadadır - ona beyin silkələnməsi, həmçinin şüşə qırıqlarından üz və əlin zədələnməsi diaqnozu qoyulub.
Xatırladaq ki, dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində yaşayış binasının girişi yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb. Onlar Rusiya ordusunun general-leytenantı İqor Kirillov və onun köməkçisi İlya Polikarpovdur.
Adəm Abbaslı
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq



































