Hadisə
510 minlik dələduzluq: İcra başçısı olmaq istəyirmiş
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib:
“Təqsirləndirilənlər ziyanı ödəmirlər, onların azadlıqda qalması yeni cinayətlər törətməsinə imkanlar yaradır. Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqı aparılan işlərdə Rasim İldırımzadənin adı keçir. Bu da onu deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edirlər".
Rasim İldırımzadənin vəkili çıxış edərək deyib ki, ibtidai araşdırma qanun pozuntusuna yol verilib, buna görə də işin ibtidai istintaqa qaytarılmasını istəyib.
Hakim bildirib ki, vəsatətlərə hazırlıq iclasının qərarında münasibət bilidiriləcək. Hazırlıq iclasının davamı dekabrın 24-də davam edəcək.
İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub.
Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb,
İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzaədədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.
İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.
Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir.(report)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ideya gəlirə çevrilə bilər
-
Magazin117 Yanvar 23:00Azərbaycanlı aktyorun toyudur - FOTO
-
Hadisə17 Yanvar 22:486 metr hündürlükdən yıxılan işçi belə xilas edildi - FOTO
-
Magazin217 Yanvar 22:36Dua Lipa dizə qədər yarıqlı libasda pozalar verdi - FOTO
-
Magazin117 Yanvar 22:00Tarix Əliyevin ailəsində xoş gün - FOTO
-
İKT17 Yanvar 21:24"Windows 11"də yaranan "ölümcül xəta" ARADAN QALDIRILDI
-
İKT17 Yanvar 21:12Vətəndaşlara XƏBƏRDARLIQ: 2000 manatadək cərimə oluna bilərsiniz - VİDEO
-
İdman17 Yanvar 20:12Türkiyədə saxlanılan sabiq voleybolçudan Ekrem İmamoğlu AÇIQLAMASI















.jpg)






.jpg)












