Azərbaycanda tələbələr arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Xəstəxanaya yerləşdirilənlər var
Bizi izləyin

Hadisə

Azərbaycanda tələbələr arasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - Xəstəxanaya yerləşdirilənlər var

"Zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərə mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub".

Publika.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00-da Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə bağlı çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadaları göndərilib.

Hadisə yerindən 8 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu qoyulub. Hər bir xəstəyə zəruri tibbi yardım göstərilib. Hazırda onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - deyə TƏBİB-dən bildirilib.

xxx

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

xxx

Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.

Agentlikdən Publika.az-a verilən məlumat görə, hazırda bu barədə araşdırma aparılır.

Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm