Hadisə
Bayram günlərində 252 yanğın oldu: 10 nəfərin meyiti tapıldı
Bayram günlərində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 10 nəfərin meyiti aşkar edilərək adiyyati üzrə təhvil verilib.
Bu barədə Publika.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğına çıxış, 25 köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, hadisələr zamanı 3 nəfər xəsarət alıb, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
-
Hadisə22:12
Bakı metrosunda HƏYƏCANLI ANLAR - Sərnişin relslərin üstünə yıxıldı və...
-
Sosial20:53
Bakıda 10000 manat pul tapıldı - Polis sahibini axtarır
-
İdman20:36
Millimizin futbolçusu Avropanın ən yaxşısı seçildi
-
Magazin120:24
Nigardan Aygün Bəylərlə bağlı paylaşım - VİDEO
-
ABŞ20:12
Bu dəfə təyyarənin şassisində iki nəfərin MEYİTİ TAPILDI
-
Sosial19:00
Azərbaycanda məşhur polkovnikin qardaşı oğlu HƏBS EDİLDİ
-
Sosial18:36
Şahin Bağırov iki rəisi işdən çıxardı
-
Dünya17:29
Bu fotodakı liderlərdən heç biri qalmadı: Sıra kimdədir?