Hadisə
Xəsarət alanların son durumu: İki nəfərin...
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 30.12.2024-cü il tarixində stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb. Qeyd edək ki, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həkim-travmatoloq Elşən Nəcəfov tərəfindən üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunan xəstənin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Travmatik koma vəziyyətində daxil olan xəstələrin (2 nəfər) kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək
-
Avropa03:43Madyara bu dəfə yumurta atdılar - Hücum edən şəxs nəyə görə peşmandır?
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
























.jpg)








.jpg)
