Rəsmi xronika
İlham Əliyev: "Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar"
Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.
Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib: “Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.
Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib: “İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.
-
MDB19:10
Rusiya hücum etdi - Zaporojyedən dəhşətli FOTOLAR
-
Dünya18:30
Daha bir təyyarə Aktauya məcburi eniş etdi - Nə baş verib?
-
Dünya17:10
“Casuslar” yollarda: şəxsi məlumatlar ələ keçirilir - Maşını belə qəzaya uğradırlar
-
Dünya16:35
İranın paytaxtı köçürülür
-
Sosial16:03
Əli Əsədov yeni qərarlar imzaladı
-
Sosial15:14
DSX mayoruna hücum edən idmançı sərbəst buraxıldı
-
Rəsmi xronika14:28
İlham Əliyev Maqdalena Qrononu qəbul etdi
-
Nida Xəbər 13:50
Əli Əkbər Əhmədian Bakıdadır: Buradan İrəvana gedəcək - Məqsədi nədir?