Hadisə
Sükan arxasında halı pisləşdi, qəza törətdi: ölən var
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir.
Publika.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə çağırışında qeyd olunub.
Bildirilib ki, səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.
Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!",- deyə məlumatda qeyd olunub.
-
ABŞ13:14
Bayden prezidentlikdən getdikdən sonra görün nə edəcək
-
Magazin212:55
Kardaşyan Los-Ancelesdəki evləri yanmasın deyə "EHSAN" VERDİ
-
Dünya11:53
İran bu ölkə ilə birlikdə Suriyanı bölmək istəyir - Sensasion plan
-
Hadisə10:54
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
-
Sosial10:18
Yarım milyon əmlakı əhatə edəcək - Qanun layihəsi hazırlanır
-
Sağlamlıq09:20
Yeni virusla bağlı XƏBƏRDARLIQ: antibiotik qəbul etməyin!
-
Nida Xəbər 07:55
Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
-
Sosial07:35
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR