ABŞ
Cəhənnəmə dönən Los-Ancelesdə yanmayan tək ev: Amerika bu görüntülərdən danışır - FOTO
Los-Ancelesdəki yanğın fəlakəti zamanı möcüzələr baş verir. ABŞ-da məşhur professor və iş adamı Devid Ştaynerə məxsus villa xoşbəxtlikdən yanğından xilas olub. Bölgədə külə dönmüş yeganə sağ qalan tikili kimi diqqət çəkən villanın dəyərinin 8 milyon dollar olduğu öyrənilib. Villaya necə ziyan dəymədiyi maraq mövzusu olaraq qalır.
Publika.az xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsindən sonra demək olar ki, zərər görmədən xilas olan villanın yaşayış sahəsi 390 kvadratmetrdir. Villada həmçinin dörd yataq otağı və dörd vanna otağı var.
İndiyədək 12 min ev və avtomobilin külə döndüyü bildirilir. 150 minə yaxın insanın hələ də evlərinə dönməsinə icazə verilmir. Yanğının vurduğu zərərin 60 milyard dollar olduğu düşünülür.
Los-Ancelesdə baş verən yanğınlarda azı 11 nəfərin öldüyü açıqlanıb. Yanğınsöndürmə idarəsindən verilən yeni məlumata görə, sahildə yerləşən Sakit okean Palisades bölgəsində baş verən yanğınlarda 5 nəfər, Altadenanın şimal bölgəsində isə 6 nəfər ölüb.
Aysel Şahmar
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
























.jpg)
.jpg)







.jpg)


