Tovuzda şirkət işçisini elektrik cərəyanı vurdu - Vəziyyəti ağırdır
Bizi izləyin

Hadisə

Tovuzda şirkət işçisini elektrik cərəyanı vurdu - Vəziyyəti ağırdır

Tovuz rayonu Dəmiryol Vağzalında şirkət işçisini elektrik cərəyanı vurub.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, həmin şəxs dəmiryolunda yeni xətlərin çəkilişi zamanı elektrik cərəyanına toxunub.

O, dərhal Rayon Mərkəzi Xəstəxanasına aparılıb, hazırda vəziyyəti ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Cərəyan vuran şəxsin kimliyi dəqiqləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm