İdman
İdmançılarımızın Paris-2024-də qazandığı medallar qaytarılır - Rəsmi müraciət

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb.
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya komandasının 7 idmançısının cüdo, taekvondo, boks, yunan-Roma və sərbəst güləşdə medal qazandığı vurğulanıb.
Medallardan 2-si qızıl, 2-si gümüş, 3-ü isə bürünc olub. Parisdə uğurla çıxış edərək mükafat qazanan olimpiyaçılarımız bu ay Milli Olimpiya Komitəsinə medalların keyfiyyətini itirməsi ilə bağlı müraciət ediblər.
Milli Olimpiya Komitəsi həmin idmançıların müraciəti əsasında araşdırmalar aparıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.
Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq) və boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
Milli Olimpiya Komitəsi bu araşdırmaların nəticəsi olaraq Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət ünvanlayıb. BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunmasıyla bağlı növbəti addımlar atılacaq.
Heybət
-
Nida Xəbər 01:41
Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
-
İdman00:45
"Neftçi"nin yeni ulduzu Bakıda belə qarşılandı - VİDEO
-
Magazin100:30
Bu da Aytən Səfərovanın oğlu - FOTO
-
Səhiyyə00:15
Ürəyin yükünü azaldan YUXU MÖVQEYİ - Gecələr daxilimizdə görün nələr baş verir
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Əvvəl hisslərinizi analiz edin, sonra...
-
İdman18 Oktyabr 23:00
Neymarın qızına əvvəlcə göz dəydi, sonra top - VİDEO
-
Magazin218 Oktyabr 22:36
"Yeşilçam"ın sultanını bir də belə görün - Zərafət GÖZ QAMAŞDIRIR / FOTO
-
Yaxın Şərq18 Oktyabr 21:36
Atəşkəsdən sonra dağıntılar altından 280 cəsəd çıxarıldı