Nida Xəbər
İcma qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb etdi
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini qınayaraq qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.
İcmadan Publika.az-a daxil olan bəyanatda bildirilib ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.
"Etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət edir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübut edir. Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir", - bəyanatda vurğulanıb.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayır və ondan qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunmasını tələb edib.
-
MDB15:48Kreml 20 maddəlik sülh planını rədd edəcək: Nə qədər ki, Putinin belə fürsəti var...
-
Sosial14:48"Uşaqları texnologiyadan tamamilə təcrid etsək, qorxaq nəsil yetişər"
-
İdman14:18“Dünyanın ən seksual hokkeyçisi”dən qar üzərində qaynar - FOTOLAR
-
Rəsmi xronika13:20İlham Əliyev sərəncam imzaladı
-
İdman13:05Bekhemin ailəsində növbəti qalmaqal - Oğul ata və anasını blokladı
-
Dünya12:52Afina narahatdır: Türkiyə oyun qaydalarını dəyişir, yalnız bir seçim qalıb
-
Ekopublika.az12:43Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - Tarix verildi/VİDEO
-
Ekologiya12:32Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

























