Hadisə
"Fəvvarələr" meydanında qanunsuz tikintinin qarşısı alındı - VİDEO
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Başı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Komitədən bildirilib.
Qeyd olunub ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə əlavə artırma işlərinin aparılması ikinci belə haldır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.
Əlavə edək ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir.
-
Art02:22
Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - FOTO
-
MDB01:21
Təyyarədə İNANILMAZ HADİSƏ - Bu dəfə körpə dünyaya göz açdı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verə bilər ki...
-
Dünya28 Yanvar 23:24
Bu hava limanında təyyarə od tutub yandı - VİDEO
-
Hadisə28 Yanvar 22:48
Ağır qəzada həlak olan vəzifəli şəxsin FOTOSU
-
ABŞ28 Yanvar 22:36
Melaniya Tramp yeni imici ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
-
Magazin128 Yanvar 22:24
"Avroviziya 2025" mahnımız bu tarixdə TƏQDİM OLUNACAQ
-
Hadisə28 Yanvar 21:48
İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI - Üzərində külli miqdarda PUL OLUB