Hadisə
Hamı gedir quş gətirir, onlar isə... - Qarışqa oğurlayan yeniyetmələr həbs edildi
Belçikalı yeniyetmələr qaçaqmalçılıq yolu ilə 5000 qarışqanı ölkədən çıxarmaq istəyərkən Keniyada həbs ediliblər.
Publika.az "Associated Press"ə istinadən xəbər verir ki, aprelin 5-də qonaq evində 5000 qarışqa ilə birlikdə həbs edilən 19 yaşlı Lorna David və Seppe Lodevijkx Nayrobidə hakim qarşısına çıxarılıblar. Belçikalılar hakimə deyiblər ki, qarışqaları əylənmək üçün toplayıblar və bunun qanunsuz olduğunu bilməyiblər.
Afrikanın Vəhşi Təbiət Xidmətinin bəyanatında deyilir ki, qarışqaların qeyri-qanuni ixracı “yalnız Keniyanın biomüxtəliflik üzərində suveren hüquqlarını pozmur, həm də yerli icmaları və tədqiqat institutlarını potensial ekoloji və iqtisadi faydalardan məhrum edir”.
Məlumata görə, Keniya keçmişdə fillər, kərgədanlar, panqolinlər və başqa vəhşi təbiət növlərinin bədən hissələrinin qanunsuz dövriyyəsi ilə mübarizə aparıb.
Keniyanın müxtəlif milli parklarının yerləşdiyi Nakuru qraflığında həbs edilən belçikalı yeniyetmələr qaldıqları qonaq evində 5000 qarışqanı, bir neçə ay yaşaya bilməsi üçün içərisi pambıqla doldurulmuş 2244 sınaq borusuna yığıblar.
Bundan başqa məlum olub ki, Nayrobidə mənzillərində 400 qarışqa tutan daha iki kişi həbs edilib.
Keniya hakimiyyəti qarışqaları 1 milyon şillinq (7700 dollar) qiymətləndirib. "Associated Press" qeyd edir ki, qarışqaların qiymətləri növdən və bazardan asılı olaraq dəyişə bilər.
Adəm
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi
-
Hadisə8 Sentyabr 21:24“Şəki yaylası”nda 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
















.jpg)




.jpg)




.png)




