Dünya
DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
Honq Konqda məşhur model və bloqçu Abbi Çoini qohumlarının köməyi ilə qətlə yetirən keçmiş ərinin məhkəməsi başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “People” yazır.
28 yaşlı Çoy 2023-cü il fevralın 21-də itkin düşüb. İki gün sonra onun parçalanmış meyiti Tai Po rayonunun Lun Mey kəndindəki evdə tapılıb. Binada istintaqçılar elektrik mişarı və ətçəkən maşın aşkar ediblər. Qadının meyitinin hissələri qazan və soyuducuda olub. Kəlləsi isə ayrıca qazanda tapılıb.
Ertəsi gün modelin keçmiş əri Aleks Kvong həbs edilib. O, Honq Konqdan qaçmağa cəhd edərkən bərə körpüsündə saxlanılıb. Bir qədər sonra Kvonq Kau və Entoni Kvonq - kişinin atası və qardaşı da həbs olunub. Çoy imkanlı ailədən idi və onun şəxsi sərvəti 100 milyon Honq Konq dolları, yəni bir milyard rubl həcmində qiymətləndirilirdi. Keçmiş ər-arvad 2015-ci ildə boşandıqdan sonra Honq Konqdakı elit daşınmaz əmlaka sahiblik hüquqları ilə bağlı mübahisəni davam etdiriblər.
İstintaq hesab edir ki, məhz bu mübahisə qətlin səbəbi olub. Cinayətin əsas təşkilatçısı kimi Kau göstərilir. O, istefada olan polis əməkdaşıdır və cinayətin törədildiyi evi məhz o kirayələyib. Entoni uzun müddət Çoyun sürücüsü işləyib. Qətl günü onu avtomobillə aparan da Entoni olub.
Təqsirləndirilən üç şəxs günahlarını inkar edir. Bununla belə, Aleksin və Entoninin anası 2025-ci ildə bir il yarım müddətinə azadlıqdan məhrum edilib. O, dindirmələr zamanı yalan ifadə verib və cinayətdən sonra Aleksin ölkədən qaçmasına razılıq verib.
Hüseyn İbadlı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”


































