Cənubi Qafqaz
Ağamyanın Qazaxda yerləşən evinə sənəd verilmədi - Ermənilər təşvişdə
Qazaxın anklav olan Yuxarı Əskipara kəndi və ona bitişik ərazilərin qaytarılmasına hazırlıq gedir.
Publika.az xəbər verir ki, Ermənistan mediasında qalmaqal yaradan bir məlumat bu haqda fikirləri ön plana çıxarıb.
Məlumata görə, Əskipara (ermənilər Voskepar deyir) kənd sakini Sayad Ağamyanın mülki Rusiyada yaşayan oğluna miras qalıb. Mirasın rəsmiləşdirilməsi zamanı Kadastr Komitəsindən oğul Ağamyana daşınmaz əmlakın bir hissəsinin Voskeparın inzibati sərhədlərindən kənarda yerləşdiyinə dair məktub verilib. Lakin Ağamyan iddia edir ki, ona miras qalan ev Azərbaycan sərhədlərindən uzaqda yerləşir. O, müəyyən anlaşılmazlığın olduğunu düşünür.
“Hraparak” nəşri isə yazır ki, kənddə daha üç evə Azərbaycan ərazisində yerləşdiyi üçün mülkiyyət şəhadətnaməsi verilməyib.
“Lakin Ağamyanın evi mübahisəli adlandırılan ərazidə olmayıb. Bu o deməkdir ki, anklavlar qaytarılanda Voskeparın da bir hissəsi təhvil veriləcək”, - nəşr iddia edib.
Asif
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO







































