Hadisə
Adnanın xanımı paylaşımlarını sildi - FOTO

SOCAR-ın investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadənin həbsi ilə bağlı xəbərlərdən sonra həyat yoldaşı sosial şəbəkə paylaşımlarına "əl gəzdirib".
Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, Gülsəfa Cəfərova sosial şəbəkə hesabında dəbdəbəli həyat tərzini əks etdirən fotolar və videolar paylaşırdı. Lakin A.Əhmədzadənin həbsi ilə bağlı xəbərlər yayıldıqdan sonra o, həmin paylaşımların bir çoxunu sildi.
Qeyd edək ki, Adnan Əhmədzadə “Azeri Layt” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunaraq saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Xatırladaq ki, bu gün Bakı şəhəri Səbail rayon məhkəməsində məhkəmə baxışı zamanı Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.



-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?
-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?
-
Magazin209:00
Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş
-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək
-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı