İdman
Anri “Qarabağ”dan və azərbaycanlılardan yazdı: “Liverpul”un əfsanəsi belə reaksiya verdi

Əfsanəvi fransız futbolçu Tyerri Anri ÇL-in əsas mərhələsinin ilk oyununda “Qarabağ”la bağlı verdiyi proqnozdan sonra nəinki Azərbaycanda, bütün Avropada gündəm olub.
Xatırladaq ki, Anri “Qarabağ”ın “Benfika” ilə oyunda sensasiya edəcəyini bildirmişdi.
Oyundan sonra azərbaycanlı fanatlar Anrinin sosil media səhifələrinə “hücum” ediblər.
Publika.az xəbər verir ki, bu barədə Anri özü yazıb: "Bu həftə sosial şəbəkələrim Azərbaycan bayraqları ilə dolu idi. Minlərlə mesaja oyandım. Sadəcə həqiqəti deməyə çalışdım. "Qarabağ" həqiqətən yaxşı komandadır. Həm topla, həm də topsuz çox yaxşıdır. Məncə, bu, onların ən böyük gücüdür".
Anrinin bu şərhinə “Liverpul”un əfsanəsi Karrger də reaksiya verib: "Tyerrinin sosial media hesablarının Azərbaycan bayraqları ilə dolu olduğunu görəndə təəccüblənmədim desəm yalan olar. Bütün Avropa onun proqnozundan danışırdı. Onun "Qarabağ"la bağlı dedikləri ilə razıyam: onlar həqiqətən təsiredici komandadır. Onların intizamı və keyfiyyəti, həm topla, həm də topsuz, məncə, onları fərqləndirən ən böyük cəhətdir".

-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?
-
Magazin209:00
Kosmosda ilk konserti verməkdən imtina etdi - Səbəbi bu imiş
-
Hadisə08:37
Adnan Əhmədzadə həbs olunub? - Şok iddia
-
ABŞ08:10
Trampdan qərar: ABŞ-da xarici işçilərə illik 100 min dollar rüsum tətbiq ediləcək
-
Sağlamlıq06:46
Alimlərdən şad xəbər: Bu xəstəlik tarixə qovuşacaq
-
İdman04:50
İspaniya klublarının maaş həddi: “Real”la “Barsa” arasında uçurum var
-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi