Hadisə
Bakıda küçədə sevgilisi ilə öpüşən oğlana bu cəza verildi - VİDEO
Bakıda küçədə öpüşən sevgililərə irad bildirən yaşlı kişi döyülüb.
Publika.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Əhmədli qəsəbəsində, Məhəmməd Hadi küçəsində baş verib.
20 yaşlı Sərxan Mustafazadə (ad və soyad şərtidir) sevgilisi olan yeniyetmə qızla evlərdən birinin yaxınlığında söhbət edib və bir-birlərini öpüblər. Bu zaman yaxınlıqdakı evin sahibi olan 60 yaşlı kişi onlara irad bildirərək təhqir edib. Cütlük qaçmağa çalışsa da, kişi onları buraxmayıb və polisə xəbər verəcəyini deyib. Belə olan halda Sərxan yumruqla kişinin sifətinə vuraraq, xəsarət yetirib. Nəticədə kişi yıxılıb və onlar qaçıblar.
Törətdiyi əmələ görə, Sərxanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi açılıb.
Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Sərxan Mustafazadə barəsində 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
-
Sosial19:36"Naxçıvan Aqroservis"in sədri həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz








.jpg)




























