Hadisə
32 yaşlı kişi sevgilisini təhqir etdi: Qızının videosunu sosial şəbəkədə paylaşdı - VİDEO
Balakən rayonunda kafedə ər-arvad arasında mübahisə dava ilə nəticələnib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Balakən şəhərindəki “Elit” adlı kafedə baş verib.
1993-cü il təvəllüdlü Aydın Səlimov həmin kafeyə gələrək orada ofisiant işləyən qeyri-rəsmi münasibətdə olduğu Mahirə (ad-soyad şərti veriib – red.) ilə mübahisə edib. Ucadan nalayiq ifadələrlə qadını təhqir edib.
Təqsirləndirilən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.
İş üzrə ifadə verən A.Səlimov bildirib ki, 3 ildən çoxdur Balakən rayon sakini Mahirə ilə dini kəbinlə ər-arvad münasibətində yaşayır: “Bir həftə əvvəl Mahirə “Elit” adlı kafedə ofisiant kimi işləməyə başladı. Onun kafedə işləməsini istəmirdim. Bu səbəbdən aramızda narazılıq yarandı və ayrıldıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün Mahirə ona zəng edib və işlədiyi “Elit” kafesinə çağırıb: “Kafeyə getdim, Mahirə ilə oturub çay içdik. Aramızda mübahisə yarandı, onu təhqir etdim. Sonrakı gün Mahirə zəng edərək qızı Aysunun olduğu videonu nə üçün “Tik-Tok” səhifəsində paylaşdığını soruşdu və videonu silməyimi dedi.
Ona Aysunun idarə etdiyim “Mercedes Vito” markalı mikroavtobusda olduğunu, avtomaşını paylaşdığımı izah etdim, videonu siləcəyimi bildirdim və dərhal sildim. Mahirənin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etməsini sonradan eşitdim. Mən videonu qəsdən paylaşmamışam”.
İş üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə, Aydınla 3 il qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb: "Birgə yaşadığımız müddətdə xərclərimi qarşılamırdı. Bu səbəbdən ondan ayrıldım və Balakən şəhərində yerləşən “Elit” çay evində ofisiant kimi işləməyə başladım. Aydın işləməyimi istəmirdi. Bu səbəbdən iş yerimə gəlib, məni axtarıb”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, növbəti gün saat təxminən 14 radələrində Aydın yenidən onun işlədiyi çay evinə gəlib: “Mənə niyə onun arxasınca danışdığımı bildirdi, məni əxlaqsız sözlərlə təhqir etdi. Həmin gün ondan şikayət etmədim. Sonrakı gün “Tik-Tok” səhifəsində Aydının səhifəsində qızım Aysunun da olduğu video-görüntünü icazəsiz paylaşdığını gördüm. Zəng edərək videonu silməsini istədim. Gah silməyəcəyini, gah da gizlədəcəyini dedi”.
Balakən Rayon Məhkəməsinin qərarı ilə A. Səlimov 4 gün müddətinə inzibati qaydada həbs edilib.
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi
































