Hadisə
Avtomobildən xeyli miqdarda pul oğurlandı
Nəsimi rayonu ərazisində gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki “Mercedes” markalı avtomobildən 6500 manat pul oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, avtomobil sahibi bu barədə polisə müraciət edib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində digər bir nəfərin 1200 dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
































.jpg)



