Hadisə
Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
Abşeron rayonunda bir nəfər alıcı kimi mağazaya daxil olaraq orada olan qızıl-zinət əşyalarını yoxlamaq adı ilə üzərinə taxıb və daha sonra gizlicə mağazadan uzaqlaşıb.
DİN-in Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, bu barədə polisə müraciət edən zərərçəkənə 3 480 manat maddi ziyan dəydiyi məlum olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N.Dadaşova müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisindəki digər bir mağazada da analoji hadisə baş verib. Naməlum şəxs mağazadakı smart saatı oğurlayıb və əvvəlcədən əlbir olduğu sürücü dostunun idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşıblar. Əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Rzayev və 33 yaşlı S.Paşazadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu












.jpg)


















.jpg)



