Hadisə
Ölümcül qonşuluq: Meymunla əlbəyaxa olan təqaüdçü öldü
Tailandın Yala əyalətində faciə baş verib. 63 yaşlı təqaüdçü Çaypxum Sae-Enq evində vəhşi makakanın hücumuna məruz qaldıqdan sonra dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mərhum özünü müdafiə etməyə çalışsa da, meymun həddindən artıq aqressiv olub. Əlbəyaxa döyüş zamanı meymunun bir neçə dəfə dişləməsi kişinin ölümü ilə nəticələnib.
Yerli sakinlər deyir ki, makakaların aqressiv davranışı hər zaman problem olub. Meymunlar tez-tez evlərə yaxınlaşır, yemək götürür, əşyaları sındırır və insanlardan qorxmur.
Bildiriblər ki, onlar insanlara yaxın olmağa öyrəşiblər. Bəzən isə həddindən artıq aqressivlik nümayiş etdirirlər, xüsusən də özlərini təhlükədə hiss etdikdə və ya ərazilərini müdafiə etdikdə.
Qeyd olunur ki, eyni makaka ölümcül hadisədən cəmi bir neçə gün əvvəl Çaypxuma hücum edib, onun çiynindən dişləyib. Polis gələndə heyvan hələ də evdə, çardaqda olub. Hadisədən sonra səlahiyyətlilər meymunu insanlar üçün təhlükəli hesab edərək onu məhv etmək qərarına gəliblər.
Qeyd edək ki, "Çaypxum işi" Asiyanın bir çox yerlərində ciddi bir problemin olduğundan xəbər verir: vəhşi makaka populyasiyalarının artması, onların yaşayış məntəqələrinə cəsarətlə yanaşması və insanlara qarşı təcavüz hadisələri. Bu ərazilərdə “insan” və “vəhşi” məkan arasında sərhədlər artıq yox olub ki, bu da faciəvi nəticələrə gətirib çıxara bilər.
Adəm
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı


























.png)













