Hadisə
Yağışlı havada baş verən dəhşətli qəzalar - Anbaan VİDEO
Son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi, xüsusilə səhər və axşam saatlarında müşahidə edilən məhdud görmə şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yolların sürüşkənliyinin nəzərə alınmaması, sürət həddinin düzgün seçilməməsi, enişli-yoxuşlu yollarda və sərt döngələrdə lazımi ehtiyat tədbirlərinin görülməməsi, kəskin manevr və ya tormozlama, eləcə də digər qəbuledilməz davranışlar baş verən qəzaların həm sayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir:
"Təəssüf ki, yol qəzaları nəticəsində ailələr dağılıb, valideynlər övladlarını, övladlar valideynlərini, insanlar isə doğmalarını itiriblər. Halbuki bu qəzaların böyük bir hissəsinin qarşısını almaq mümkün idi. Səhlənkarlıq, tələskənlik, etinasızlıq və düşünülməmiş davranışların nəticəsi isə bəzən bir ömür boyu silinməyən ağrılara çevrilir.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir və onları əlverişsiz hava şəraitində daha məsuliyyətli davranmağa, sürət həddini yol və hava vəziyyətinə uyğun seçməyə, normadan artıq ara məsafəsi saxlamağa, nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin işlək vəziyyətdə olmasına ciddi nəzarət etməyə, həmçinin digər yol hərəkəti iştirakçılarına, xüsusilə piyadalara qarşı daha ehtiyatlı və humanist münasibət göstərməyə çağırır. Unutmayaq ki, sükan arxasında verilən hər bir qərar təkcə öz həyatımıza deyil, başqalarının da taleyinə birbaşa təsir edir".
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə






.jpg)































