Hadisə
Tovuzda ana körpəsini atıb qaçdı - Foto
Tovuzda ana yardım bəhanəsi ilə daxil olduğu evdə 3 aylıq körpəsini tərk edərək uzaqlaşıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qadın kimsəsiz olduğunu əsas gətirərək tanımadığı yaşlı sakindən kömək istəyib. Ev sahibi qadını və üç aylıq körpəsini mənzilə daxil olmasına icazə verib.
Bir müddət sonra ana uşağa qida almaq adı ilə evdən çıxıb və geri dönməyib. Bundan sonra ev sahibi dərhal polis orqanlarına məlumat verib.
Hazırda üç aylıq qız uşağı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarətindədir. Körpənin müayinələrdən sonra sığınacağa təhvil verilməsi planlaşdırılır.
Məlumata görə, körpə 2026-cı il təvəllüdlü F. Əhmədovadır.
Aparılan ilkin araşdırmalar nəticəsində uşağın anasının Mingəçevir şəhər sakini olduğu müəyyən edilib.
-
ABŞ10:05Maskın atası: "Zelenski Prezident deyil!"
-
İdman09:47Klubu ilə yanaşı sevgilisini də dəyişdi - FOTOLAR
-
MDB09:39Ukrayna ordusu niyə ruslara dronlarla siqaret və telefon atır? - İlginc səbəb
-
ABŞ09:28Tramp İranı hədələdi: "Əgər zərbə endirsələr..."
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir


















.jpg)















