Sağlamlıq
Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
Nepal və Türkiyənin dağlıq bölgələrindən əldə edilən və satıcılar tərəfindən “xüsusi təsirə malik” məhsul kimi təqdim olunan ekzotik bal sağlamlıq üçün təhlükə yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə terapevt və qastroenteroloq Olqa Çistik “İzvestiya”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, buna səbəb isə onun tərkibində sinir sisteminə və ürəyin fəaliyyətinə təsir göstərə bilən bitki mənşəli toksinlərin olmasıdır.
Mütəxəssis qeyd edib ki, balın qeyri-adi təsiri arıların bəzi "rododendron" cinsinə məxsus bitki növlərindən nektar toplaması ilə bağlıdır. Bu bitkilərin tərkibində "qrayanotoksinlər" olur. Toksinlər bala keçdikdən sonra da öz təsirini saxlayır və adi saxlanma şəraitində yox olmur.
Həkim qeyd edib ki, insanların “hallüsinasiya” adlandırdığı vəziyyət əslində zəhərlənmənin əlaməti ola bilər. Belə balın qəbulu ürəkbulanma, başgicəllənmə, halsızlıq, görmə pozuntusu, tüpürcək ifrazının artması və şüur bulanıqlığına səbəb ola bilər. Ağır hallarda qıcolmalar və ürək ritminin pozulması baş verə, tibbi yardım tələb oluna bilər.
Çistikin sözlərinə görə, balın təhlükəli olub-olmadığını rənginə, dadına və görünüşünə əsasən müəyyən etmək mümkün deyil. Toksinin miqdarı bitkinin növündən, mövsümdən və nektarın toplandığı ərazidən asılı olduğundan, hətta eyni satıcıdan alınan iki məhsulun tərkibi fərqli ola bilər.
Həkim ekzotik balın immuniteti gücləndirdiyi, xərçəngdən qoruduğu, xolesterini azaltdığı və mədə xəstəliklərini müalicə etdiyi barədə iddiaların elmi sübutlarla təsdiqlənmədiyini də vurğulayıb.
Zəhərli bal qəbulundan sonra qəfil halsızlıq, başgicəllənmə, ürəkbulanma, qusma, gözlərin qaralması, nəbzin zəifləməsi və huşun itirilməsinə yaxın vəziyyət yaranarsa, məhsulun istifadəsini dayandırmaq və təcili tibbi yardım çağırmaq tövsiyə olunur. Həkimə mümkün zəhərlənmənin baldan qaynaqlandığını bildirmək və məhsulun qablaşdırmasını göstərmək vacibdir.
Xüsusilə ürək xəstəliyi və ritm pozuntusu olanlar, təzyiq dərmanı qəbul edənlər, yaşlılar, hamilə qadınlar və uşaqlar üçün belə bal daha təhlükəli hesab olunur.
Mağazalarda və ya bazarlarda satılan adi balın bu kateqoriyaya aid olmadığı, söhbətin məhz xüsusi xüsusiyyətlərinə görə diqqət çəkən, dağlıq ərazilərdən əldə edilən ekzotik baldan getdiyi vurğulanıb.
Ləman
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















