Hadisə
İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
Son 10 gün ərzində İranın Qum şəhərində təhsil alan iki azərbaycanlı ruhani tələbə vəfat edib.
Publika.az TodayPress TV-yə istinadən xəbər verir ki, iyunun 2-si Hacı Ramiz Mürüvvətov, ardınca isə iyunun 12-si Kərbəlayi İlqarın ölüm xəbəri yayılıb. Bu ardıcıl ölüm hadisələri bəzi sualları yenidən gündəmə gətirir.
Qum uzun illərdir regionun ən böyük dini təhsil mərkəzlərindən biri hesab olunur. Burada təhsil alan azərbaycanlı tələbələrin sayı da az deyil.
Qumda təhsil alan şəxslərin sonradan hansı ideoloji və siyasi mühitin təsiri altında formalaşması məsələsi zaman-zaman müzakirə mövzusu olub. Azərbaycanda dini təhsil müəssisələri fəaliyyət göstərdiyi halda bəzi gənclər niyə məhz xarici dini mərkəzlərə üz tutur? Və sonradan fərqli dini-siyasi baxışlarla ölkəyə qayıdır.
Söhbət təkcə iki insanın ölümündən deyil, həm də illərdir davam edən bir prosesdən gedir.
Bu hadisələr fonunda Qumda təhsil alan azərbaycanlıların vəziyyəti və gələcək fəaliyyət istiqamətləri ilə bağlı sualların cavabsız qalması da diqqət çəkir.
-
Ekologiya20:00İlin ikinci Günəş tutulması başladı
-
Hadisə19:00Xocavənddə mina partladı - Xəsarət alanlar var
-
Maraq dünyası17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO



































