İdman
“Beşiktaş”dan 20 milyon avroluq transfer həmləsi
“Beşiktaş” transfer çalışmalarını davam etdirir.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Auqsburq” klubunda çıxış edən 21 yaşlı Mert Kömürlə maraqlanır.
Almaniya mətbuatının məlumatına görə, “Beşiktaş” gənc yarımmüdafiəçinin transferi uğrunda mübarizəyə qoşulan klublardan biridir. Bildirilir ki, Kömürə başqa komandaların da marağı var.
“Augsburg” futbolçu üçün təxminən 20 milyon avro transfer haqqı tələb edir. Bununla belə, Almaniya klubunun bu məbləğdə müəyyən güzəştə getməyə hazır olduğu qeyd olunur.
Məlumata əsasən, müqaviləyə müxtəlif bonusların və futbolçunun gələcək satışından “Augsburg”a pay verilməsi şərtinin daxil edilməsi transfer məbləğinin aşağı salınmasına imkan verə bilər.
“Augsburg”un yetirməsi olan Mert Kömür əsas komandaya qədər klubun akademiyasında yetişib. Orta sahədə çıxış edən futbolçu texniki imkanları və hücuma verdiyi töhfə ilə diqqət çəkir.
21 yaşlı oyunçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 4 matçda meydana çıxıb və ümumilikdə 108 dəqiqə meydanda olub.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?



















.jpg)





.jpg)
.jpg)








