Hadisə
Zaqatalada dəhşət: İki nəfəri ilan sancıb, biri öldü
Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb.
Publika.az xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb.
Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir. Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da ailəsinə məxsus əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M.Qurbanov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, M. Qurbanov ötən gün müalicə aldığı tibb müəssisəsində həyatını itirib.
Bundan başqa, Yuxarı Çardaxlar kəndində bu gün daha bir kişini ilan sancıb.
Xəbərə görə, kənd sakini 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan qəfildən sağ ayaq pəncəsindən sancıb. İ.Lələyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. İ.Lələyevə lazımi ilkin tibbi yardım göstərilib.
Bildirilib ki, yaralının vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirməsi üçün gün ərazində Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndəriləcək.(Lent.az)
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”





































