Hadisə
Zaqatalada 2 nəfəri ilan sancdı - Ölən var
Zaqatala rayonunun Yuxarı Cardaxlar kəndində 2 nəfəri ilan sancıb.
Publika.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onlardan 1-i ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir.
Belə ki, Yuxarı Çardaxlar kənd sakini, 39 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M.Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə göndərilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün müalicə aldığı tibb müəssisəsində vəfat edib.
Bu gün isə Yuxarı Çardaxlar kəndində daha bir ilancancma faktı qeydə alınıb. Kənd sakini, 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan sancıb. O, Zaqatala RMX-yə yerləşdirlib. İ.Lələyevə ilkin tibbi yardımlar göstərilib. Həkimlər xəstənin vəziyyətini nəzərə alaraq onu müalicəsini davam etdirmək üçün Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərmək qərarına gəliblər.
-
Hadisə19:00Xocavənddə mina partladı - Xəsarət alanlar var
-
Maraq dünyası17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...
-
Cənubi Qafqaz16:12Kobaxidzedən Qərbə ittiham: Gürcüstanı “ikinci cəbhə”yə çəkmək istəyirlər
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı






































