Hadisə
Goranboyda son vəziyyət: operativ iclasda nə qərar verildi?
Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, iclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olunub.
Hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumları operativ şəkildə hadisə yerinə cəlb olunub, vəziyyət nəzarətə götürülüb. Həmçinin hadisənin bütün mərhələləri barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Baş naziri və Fövqəladə Hallar Nazirliyinə mütəmadi məlumat verilmiş, aidiyyəti dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərilib.
İclasda vurğulanıb ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritetdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülüb. Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin saat 18:30-dan etibarən yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcək.
Aidiyyəti qurumların rəhbərlərinə əhalinin təhlükəsizliyinin tam təmin olunması, vətəndaşların yaşayış yerlərinə təhlükəsiz qayıdışının operativ şəkildə təşkil edilməsi, ərazidə nəzarət tədbirlərinin davam etdirilməsi və bütün məsələlərin koordinasiyalı qaydada icra olunması ilə bağlı konkret tapşırıqlar verilib. Baş vermiş hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto







































