Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
Bizi izləyin

Hadisə

Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar

Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar

Xəbər verdiyimiz kimi, Qara dənizdə Rumıniya sahillərində ticarət gəmisi batıb.

Publika.az xəbər verir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.

Onlar Kənan Cabbar oğlu Həsənov, Rufan Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.

Xilas edilən Rufan Xaliq oğlu Əhmədov xəstəxanaya yerləşdirilib. Onun yüngül xəsarət aldığı bildirilir.

Qeyd edək ki, Rumıniya sahillərində batan “Khoryv” adlı ticarət gəmisində 3 Azərbaycan vətəndaşı olub. Hadisə nəticəsində bir dənizçi həlak olub, 3 nəfər itkin düşüb, 9 nəfər isə xilas edilib.

Estoniya və Rumıniya rəsmiləri, eləcə də Avropa Komissiyasının sədri hadisəyə görə Rusiyanı günahlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm