Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
Bizi izləyin

Hadisə

Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto

Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto

Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidən xilas edilən azərbaycanlılar hotelə yerləşdirilib.

Publika.az xəbər verir ki, bununla bağlı foto yayılıb.

Qeyd edək ki, oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu "KHORYV" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, gəminin 13 nəfərlik heyətində olan üç Azərbaycan vətəndaşının hamısı xilas edilib. Onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçirildikdən sonra hotelə yerləşdirilib.

Hazırda Azərbaycanın Rumıniyadakı səfirliyi və aidiyyəti qurumlar vətəndaşlara konsulluq dəstəyinin göstərilməsi istiqamətində tədbirlər görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm