Hadisə
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - Video
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində deyil, respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq dispanser müayinələr təşkil olunur, peşəkar həkimlər tərəfindən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlər görülür.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, növbəti belə müayinə 6-23 oktyabr 2026-cı il tarixlərində FHN Tibb Xidmətinin Hospitalı tərəfindən Nazirliyin Aran Regional Mərkəzində təşkil olunub.
"Yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən aparılan tibbi müayinələr çərçivəsində Nazirliyin Aran bölgəsində fəaliyyət göstərən yerli strukturlarının əməkdaşları laborator və instrumental diaqnostik testlərdən keçirilib, aşkar olunan sağlamlıq problemləri üzrə zəruri müalicə kursları təyin edilib", - məlumatda vurğulanıb.
Qeyd edilib ki, şəxsi heyətin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktikası məqsədilə belə dispanser müayinələr FHN əməkdaşlarının xidməti fəaliyyətin effektivliyinin daim yüksək səviyyədə saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)







.jpg)


















