Hadisə
Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.
Publika.az xəbər verir ki, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakının Xətai rayonunda kafedə baş verən, bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.
Davanın iştirakçılarından birinin deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin olduğu qeyd edilir.
Qeyd edək ki, xəbəri ilk Oxu.az yayıb.
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!







.jpg)



























