Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
Bizi izləyin

Hadisə

Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto

Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib. Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputar Arzuxan Əlizadənin oğlu Əhməd də var.

Publika.az xəbər verir ki, saxlanılanlardan biri də Xəyyam Səfixanovdur.

Tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, X.Səfixanov 2021-ci ildə də həbs edilib. Həmin vaxt onun üzərindən narkotik vasitə aşkarlanmışdı. 2017-ci ildə isə X.Səfixanov Bakının Nərimanov rayonunda baş verən silahlı insidentə görə həbs edilmişdi. Həmin vaxt idmançıya 2 il 6 ay həbs cəzası verilmişdi. (Xitab24.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm