Hadisə
Əhali fövqəladə hallarda davranış qaydaları barədə maarifləndirilir - Foto
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən akademik Zərifə Əliyeva adına liseydə, Səbail rayon 239 və 329 nömrəli tam orta məktəblərində, Sumqayıt RM tərəfindən “Xırdalan Tibb Mərkəzi” MMC-də, Xızı Bələdiyyəsində, Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzində, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində və İqtisadiyyat Nazirliyinin Abşeron-Xızı regional bölməsində, Gəncə RM tərəfindən Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbində, Gəncə şəhər A.Ələsgər adına 36 nömrəli və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəblərində, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əsrik kənd və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində işləməyən əhali üçün, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində, Aran RM tərəfindən Yevlax şəhər 5 nömrəli, Zərdab rayonu, Bıçaqçı kənd, Goranboy rayonu, Şəfəq kənd, Göyçay şəhər 6 nömrəli və Ucar rayonu, Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəblərində, Yevlax Reabilitasiya Mərkəzində, Qarabağ RM tərəfindən Ağdam rayon 68 nömrəli, Tərtər rayonu, Maksim Məmmədov adına Bəyimsarov kənd və Qapanlı kənd, Bərdə rayonu, Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta ümumtəhsil məktəblərində, Şimal RM tərəfindən Siyəzən şəhər 1 nömrəli və Qusar şəhər 6 nömrəli tam orta məktəblərində, Cənub RM tərəfindən Lerik rayonu, Ə.Musayev adına Vizəzəmin kənd tam orta məktəbində və Cəlilabad şəhər N.Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü liseyində, Şimal-Qərb RM tərəfindən Qax rayonu, Qaxbaş kənd 2 nömrəli ümumtəhsil məktəbində, Qəbələ rayonunun Bum qəsəbəsində, Tikanlı və Abarıx kəndlərində, Muğan RM tərəfindən Sabirabad rayonu, Qalağayın kənd tam orta ümumtəhsil məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın, zəlzələ və sel ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu














































