Hadisə
Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
Bakının Xətai rayonunda ölümlə nəticələnən kütləvi davanın daha iki iştirakçısı barədə təqdimata baxılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının verdiyi təqdimat təmin olunub.
Emin Rəhimov və Elmar Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qərara əsasən Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş və barələrində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.
***
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə bağlı daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Publika.az xəbər verir ki, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə göndərilib. Hazırda hər iki şəxs məhkəməyə gətirilib.
Yaxın saatlarda onlarla bağlı təqdimata baxılacaq.
Qeyd edək ki, bu hadisə ilə bağlı 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Onu da qeyd edək ki, həbs edilənlərdən Əhməd Əlizadə Milli Məclisinin deputatı Arzuxan Əlizadənin oğludur.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi






.jpg)











.jpg)

















