Hadisə
Əsgər ölümü: Həkimə hökm oxundu
Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən A.Q. 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən N saylı hərbi hissədə baş verib. Əsgər S.H. diş ağrısı ilə əlaqədar tibb məntəqəsinə müraciət edib.
İttihama görə, əsgərdə “kəskin infeksion miokardit” xəstəliyinin son inkişaf mərhələsi olsa da, həkim yalnız onun ağız boşluğunu müayinə etməklə və dərman təyin etməklə kifayətlənib.
Gecə saatlarında özünü pis hiss edən əsgər ürək döyüntülərinin şiddətləndiyini əsgər yoldaşına bildirib. Səhər saatlarında şəxsi heyət həyəcan siqnalı ilə qaldırılıb. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib. O, sanitar qovşağa getmək istəyərkən yıxılaraq vəfat edib.
Həkimə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video








.jpg)

.jpg)

















.jpg)











