Hadisə
Azərbaycanda 1 milyonluq dələduzluq - Anbardar həbs edildi
Zaqatalada gübrə satışı ilə məşğul olan böyük firmalardan birinin anbardarı həbs edilib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əmrah Ramazan Valeh oğlu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
Anbardar yalan vəd verməklə 1 milyon manata yaxın dələduzluqda ittiham olunur. Əmrahın aldatdığı şəxslərdən biri “Muxax Aqro” MMC-nin direktoru Vidadi Yusubovdur.
İttihama görə, anbardar ondan aldığı tütün məmulatlarını 64 min manata satıb, pulunu öz mənafeyinə xərcləyib.
Cinayət işi üzrə “Sara Group” QSC də zərərçəkmiş qismində tanınıb.
Araşdırma nəticəsində Əmrah Ramazan Valehə sanksiyasında 14 ilə kimi həbs cəzası nəzərdə tutulan xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham verilib. Cinayətin ağırlığı da nəzərə alınaraq Əmrah barəsində həbs qətimkan tədbiri seçilib.
Toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, hazırda həbs edilən şəxs barəsində 3 il əvvəl də şikayətlər var idi. Onun atası Valeh Qazilov Zaqatala Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi işləyib.
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Elm və təhsil11:40Azərbaycan elminə ağır itki - Professor Surxay Əkbərov vəfat etdi
-
Sağlamlıq11:31Elektron siqaret çəkənlərin nəzərinə! - Daha bir ölüm faktı(FOTO)
-
Hadisə11:18Azərbaycanda 1 milyonluq dələduzluq - Anbardar həbs edildi
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan































.jpg)
.jpg)
