Hadisə
İcra nümayəndəsi bələdiyyə sədrinin başını yardı - TƏFƏRRÜAT/FOTO
Şəki rayonun Oxud kənd bələdiyyəsinin sədrinə xəsarət yetirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında baş verib.
Kənddə toydan əvvəlki axşam məclisində (“Ciyər axşamı”nda) Şəki Rayon İcra Hakimiyyəti Başçısının Oxud kəndi üzrə icra nümayəndəsi Oruc Əhmədov kəndin bələdiyyə sədri Tərlan Səlimovla mübahisə edib. Mübahisə zamanı icra nümayəndəsi bələdiyyə sədrinin başına şüşə butulka vurub.
Həmin vaxt icra nümayəndəsinin içkili olduğu bildirilir.
Məlumata görə, sərxoş olan icra nümayəndəsi uca səslə atmacalı sözlər deyib. Bələdiyyə sədri isə icra nümayəndəsinin hərəkətlərinə irad bildirib.
Bundan qəzəblənən Oruc Əhmədov stolun üstündəki şüşə butulkanı Tərlan Səlimovun başına çırpıb. Xəsarət alan bələdiyyə sədri xəstəxanaya müraciət edib və onun başına tikiş qoyulub.
Oruc Əhmədovun qaynının Şəki Rayon İcra Hakimiyyətində şöbə müdiri işlədiyi bildirilir.
Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma başlanıb.

-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Elm və təhsil11:40Azərbaycan elminə ağır itki - Professor Surxay Əkbərov vəfat etdi
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
































.jpg)
.jpg)
