Masaj salonundan 30 min tələb etdi: Hökm oxundu
Bizi izləyin

Hadisə

Masaj salonundan 30 min tələb etdi: Hökm oxundu

Masaj salonundan 30 min tələb etdi: Hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə vətəndaşa qarşı hədə-qorxu gəlməkdə və dələduzluqda təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə keçirilən prosesdə hökm oxunub.

Publika.az lent.az-a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirləndirilən Səid Rüstəmzadə 2 il sınaq müddəti olmaqla şərti 5 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum olunmasını istəmişdi.

Xatırladaq ki, istintaq materiallarında Bakının Nəsimi rayon ərazisində yerləşən masaj salonunun sahibəsi Gülnarə İsayeva özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edən Səid Rüstəmzadə tərəfindən şantaj olunduğunu bildirib.

Təqsirləndirilən Səid Rüstəmzadə özünü İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəsmi nümayəndəsi kimi təqdim edərək, G. İsayevaya bundan sonra yalnız onun “nəzarəti” altında işləyə biləcəyini deyib. Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb. Səid salon rəhbərindən ümumilikdə 30 min manat “himayədarlıq haqqı” tələb edib.

Bir müddət sonra S.Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığı məlum olub. Şikayət əsasında o, hədə-qorxu vasitəsilə tələb etmə ittihamı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 maddəsi ( Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm